Turistlər oteldən ən çox nə oğurlayır - SİYAHI

20:05 | 03.12.2019
Turistlərin oteldən oğurluq etməsi yeni məlumat deyil. Mehmanxanalar qonaqlara ciddi nəzarət etmək məcburiyyətində qalıb.

Bizimyol.info xəbər verir ki, turistlər oteldən ən çox dəsmal oğurlayır. "Wellness Heaven”in araşdırması belə deməyə əsas verir. Fikri soruşulanların 77,5 faizi dəsmal oğurluğundan danışıb. İkinci yerdə hamam xalatı (65,1) gedir. Bundan başqa, otellərdən asılqan (49,3), dəftərxana ləvazimatları (39,1), stolüstü əşyalar (33,6), kosmetika ləvazimatı (32,8), batareya (22), dekor predmetləri (20,2), ədyal (15,6), yastıq (14,3) və boşqablar (12,7) oğurlanır.
Araşdırma üçün çoxu Almaniya, İtaliya və Avstriyada yerləşən 1157 otelin əməkdaşları ilə söhbət aparılıb. Bu adamların 634-ü dördulduzlu, 523-ü isə beşulduzlu otellərin rəhbərliyində təmsil olunur.

www.anews.az
loading...

Xəbər lenti