Turistləri aparan avtobus aşıb - Ölən və yaralananlar var

14:39 | 22.05.2019
Turistləri aparan avtobus aşıb - Ölən və yaralananlar var

Turistləri aparan avtobus aşıb - Ölən və yaralananlar var

İtaliyada turistləri aparan avtobus aşıb. Anews.az-ın məlumatına görə, hadisə Sienna vilayətində Badessa şəhəri yaxınlığında baş verib.

İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Ümumilikdə avtobusda 60 nəfərin olduğu bildirilib.
Hazırda hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub.

Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil. Ölən və yaralanan şəxslərin vətəndaşlığı hələ açıqlanmayıb.(trend)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM