Turistlərin bilet satışından 1 milyondan çox gəlir əldə olunub - RƏSMİ

11:19 | 02.02.2023
Turistlərin bilet satışından 1 milyondan çox gəlir əldə olunub - RƏSMİ

Turistlərin bilet satışından 1 milyondan çox gəlir əldə olunub - RƏSMİ

2022-ci il Azərbaycanda turistlərin aldığı bilet satışından  1 milyon 693 min 164 manat gəlir əldə olunub. Bu barədə Dövlət Turizm Agentliyindən bildirilib.

Əldə olunan məbləğin  258 min 279 manatı ƏDV kimi dövlət büdcəsinə köçürülüb. 

Ötən il Agentliyin tabeliyində olan 8 qoruğa 341 253 bilet satılıb. Qoruqlara gedənlər ziyatərçilərin 162 798 nəfər xarici, 178 455 nəfəri yerli vətəndaş olub. Ümumilikdə bu dövr ərzində 44 577 nəfəri qoruq və muzeylərə ödənişsiz daxil olub. 

Ödənişsiz ziyayətetmə haqqı məktəblilər,əlil və müharibə veteranları, qazilər və 12 yaşınadək xarici turistlərə aiddir. 

Turizm Agentliyin tabeleyində olan qoruqlar içində ən çox "Yanardağ” ziyarət olunub ki, onun da 110 mindən çox  ziyatərçisi olub. 

Hazırda Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlara "Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, "Xınalıq” Dövlət Tarix Memarlıq və Etnoqrafiya Qoruğu, "Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu,  "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu, "Kiş” Tarix-Memarlıq Qoruğu, "Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu və bu qoruğun tərkibindəki "Diri Baba” türbəsi daxildir. 

DTA-nın tabeliyindəki qoruq və muzeylərə giriş qiymətləri yerli vətəndaşlar üçün 2 manat, tələbələr üçün 1 manat təşkil edir. Xarici vətəndaşlar üçün qiymət 4-9 manat arasında dəyişir. Yanardağ və Atəşgah qoruğuna birgə kombinə biletləri 11 manat, "Yuxarı Baş” qoruğunda yerləşən muzeylərin və abidələrin hamısına giriş birgə 5 manat (xaricilər üçün 10 manat) təşkil edir. Yanardağ və Basqal qoruğunda 10 nəfər və daha çox turistdən ibarət qruplara 10 faiz endirim tətbiq edilir. 
 
Gülnar Nazimqızı 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM