• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

Turizim şirkətləri işini dayandırdı

Turizim şirkətləri işini dayandırdı
23.02.2015 14:22
Azərbaycanda dollar və avronun məzənnəsinin kəskin artımı turizm şirkətlərinin işində ciddi problemlər yaradıb.
 
ANN.Az Fins.az-a istinadən xəbər verir ki, turizm şirkətlərinin əksəriyyəti müştərilərə xidmət göstərməyi dayandırıblar. «Travel case» turizim şirkətindən verilən xəbərə görə hazırda səyahətlərin bronlaşdırılması üzrə fəaliyyət göstərən sistemin işi dayanıb və bu səbəbdən şirkət müştəri qəbul etmir. Sistemin dayanması nəticəsində «Dərviş travel» də işini dayandırmalı olub. Sistemin işini nə vaxt barpa edəcəyi hələlik açıqlanmayıb.

Xaricə səyahət 30%-dək bahalaşacaq

«Weekand travel» qiymetlərdə artımın olacağını bildirir. Şirkətdən bildirilib ki, məsələn Bakı-İstanbul-Bakı reyslerinə biletin qiyməti əvvəllər 260 manat olduğu halda indi bu qiymət 342 manata çatıb. Aviabiletlerin qiymetində 30%-dək bahalaşma olduğunu söylədilər.  «AFN travel»dən verilən məlumata görə isə, bu il səyahət qiymətlərində təqribən 30%-dək bahalaşma gözlənlir. Ancaq hələlik tərəfdaşların sistemlərini bağlaması ilə əlaqədar olaraq hələlik qiymətləri dəqiq göstərmək mümkün deyil.

Erkən rezervasiyalarda problem yarana bilər

Hazırda turizm şirkətlərinin qarşılaşdığı əsas problem erkən rezervasiyalar çərçivəsində alınan turlarla bağlıdır. Xatırladaq ki, bəzi müştərilər artıq yay səyahətləri ilə bağlı turları alıblar və bununla bağlı müvafiq ödənişlər edilib. İndi isə manatın ucuzlaşmasından sonra məlum olur ki, bu turlara görə, əlavə ödəniş etmək lazım gələcək. «Weekand travel»dən verilən məlmata görə, erkən rezervasiya etdirən müştərilərlə bağlı məsələ yaxın vaxtlarda Turizim Nazirliyində keçiriləcək tədbirdə müzakirə olunacaq və vəziyyət də bundan sonra aydınlaşacaq. «AFN travel»dən isə bildirilib ki, bahalaşma davam edərsə zərəri nə turizim şirkəti, nə də müştəri ödəməyəcək. Bu zərərin ödənilməsi səyahətin təşkili ilə məşğul olan Tur operatorların üzərinə düşəcək.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol