Turizm və Menecment Universitetinin üç tələbəsi BBF-də istehsalat təcrübəsi keçəcək

23:13 | 04.01.2018
Turizm və Menecment Universitetinin üç tələbəsi BBF-də istehsalat təcrübəsi keçəcək

Turizm və Menecment Universitetinin üç tələbəsi BBF-də istehsalat təcrübəsi keçəcək

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) üç tələbəsi "Baku Business Factory” (BBF) şirkətində istehsalat təcrübəsi keçəcəklər.


"Report”un məlumatına görə, ATMU-nun "Menecment” ixtisasının IV kurs tələbələri Gülnarə Məmizadə, Cəmilə Quliyeva və "Marketinq” ixtisasının IV kurs tələbəsi Murad Qəniyev təcrübə müddətində BBF-də "Start up"larla  yanaşı, marketinq araşdırması, layihə rəhbərləri ilə birgə layihələrin daha da inkişaf etdirilmə yollarını öyrənəcəklər.


Təcrübə 22 yanvar - 30 aprel tarixlərində BBF-in İnkubasiya Mərkəzində olacaq.


Qeyd edək ki, istehsalat təcrübəsi adıçəkilən universitetlə BBF arasında əldə olunan razılıq əsasında həyata keçirilir.


Xatırladaq ki, "Baku Business Factory” azərbaycanlı iş adamı, "Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti