Turizmlə bağlı ixtisaslar Qaraba Universitetində tədris olunacaq

16:21 | 22.04.2024
Turizmlə bağlı ixtisaslar Qaraba Universitetində tədris olunacaq

Turizmlə bağlı ixtisaslar Qaraba Universitetində tədris olunacaq

Qarabağ Universitetində turizmlə bağlı ixtisaslar tədris olunacaq. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib. 
 
Universitetdə digər hansı ixtisasların olması ilə bağlı hələlik məlumat verilməyib. 
 
Fevralın 15-də Prezidentin ehtiyat fonundan Qarabağ Universitetinə 10 milyon manat vəsait ayrılıb. 

Qarabağ universiteti Xankəndində 1969 -ci il təhsis edilib. Prezidentin fərmanı ilə 2023-cü ilin noyabrın 28-də yenidən yaradılması qərarı verilib.

Noyabrın 30-da Elm və Təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirilən brifinqdə bildirib ki, Xankəndində yerləşən Qarabağ universiteti 2024-cü ilin sentyabrında fəaliyyətə başlayacaq.
 
İlkin mərhələdə universitetdə  800-1000 tələbə təhsil alacaq.
 
İlk illərdə Qarabağ Universitetində tələbələr üçün güzəştlər edilməsi nəzərdə tutulur. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM