Türk alim Nobel mükafatına layiq görüldü

16:50 | 07.10.2015
Türk alim Nobel mükafatına layiq görüldü

Türk alim Nobel mükafatına layiq görüldü

2015-ci ilin kimya üzrə Nobel mükafatına Türkiyədən Əziz Sancar, Birləşmiş Krallıqdan Tomas Lindahl və Pol Modriç layiq görülüb.

Oxu.Az bu barədə mükafatın saytına istinadən xəbər verir.

Alimləri DNT-nin bərpası üzrə mexanizmlərin araşdırılmasında göstərdikləri nailiyyətlə əlaqədar təltif edəcəklər.

Ənənəyə görə, dekabrın 10-da Alfred Nobelin anım günündə Stokholmda mükafatın təntənəli təqdimetmə mərasimi baş tutacaq. Mükafatı laureatlara İsveç kralı XVI Qustav təqdim edəcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM