Sosial şəbəkələrdə Türkiyə Hava Yollarının pulsuz bilet paylaması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Anews.az xəbər verir ki, bu barədə Türkiyə Hava Yollarının mətbuat katibi Yəhya Üstün Tvitter səhifəsində məlumat paylaşıb.
"Sosial media platformalarında ”100-cü ildönümümüzü qeyd edir və hər kəsə 2 pulsuz bilet veririk” başlığı ilə THY tərəfindən təşkil olunmuş kimi görünən və qurum adından hədiyyə bilet təklif edən saxta anket məlumatlarının yayıldığı təsbit edilib”, - qurum sözçüsü bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !