"Türk Hava Yolları” aviaşirkəti Şarm Əl-Şeyx şəhərinə bütün reysləri noyabrın 16-dək təxirə salıb. Modern.az saytı xəbər verir ki, bu barədə şirkətin saytında dərc edilmiş məlumatda bildirilir.
Məlumatda bildirilir ki, təhlükəsizliyin təmin olunmasında yaranan problemlər uçuşların dayandırılmasına səbəb olub.
Bundan əvvəl "Türk Hava Yolları” Şarm Əl-Şeyx şəhərinə gecə saatlarında uçuşlara məhdudiyyət qoyub.
Qeyd edək ki, oktyabrın 31-də Misirdən qayıdan "Airbus A321”un qəzaya uğraması nəticəsində 224 nəfər ölüb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !