Fransanın xarici işlər naziri Loran Fabius miqrantlara qayıq satma ehtimalı ilə bağlı Fransanın Türkiyədəki fəxri konsulunu müvəqqəti olaraq işdən uzaqlaşdırıb.
Bu barədə AzVision.az "Frans Press” agentliyinə istinadən xəbər verir.
"Nazir elə indicə onun müvəqqəti olaraq işdən uzaqlaşdırılması barədə qərar qəbul edib”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Qeyd edək ki, belə bir qərar verilməsinə səbəb televiziyada reportajın verilməsidir. Belə ki, fəxri konsula məxsus olduğu ehtimal olunan mağazada üzmək üçün avadanlıqlar satılıb. Reportajda göstərilir ki, mağazanın qarşısında Fransa bayrağı dalğalanır. Fransa KİV-nin məlumatına görə, reportaj Türkiyənin Bodrum şəhərində çəkilib. Miqrantlar məhz bu şəhərdən Yunanıstana keçirlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !