anews.az xəbər verir ki, türk lirəsi 1989-cu ildə konvertasiya olunduqdan sonra ilk dəfə 7 aydır davamlı olaraq dollara nisbətdə dəyər qazanır. Lirə bu ilin fevral-avqust ayında 8,49 faiz artım nümayiş etdirib.
TL-nin güclənməsində ABŞ Mərkəzi Bankının (FED) faiz artımına getməsi ehtimalının getdikcə azalması da rol oynayır.
Artıq dollar türk lirəsinə nisbətdə 3,3999 lirəyə düşüb. Bu da 9 ayın ən aşağı göstəricisidir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !