Türk mətbuatından Azərbaycana hörmətsizlik

16:05 | 12.10.2017
Türk mətbuatından Azərbaycana hörmətsizlik

Türk mətbuatından Azərbaycana hörmətsizlik

"Sputnik" xəbər agentliyinin türk dilində olan bölməsi, eləcə də, Türkiyənin "Hurriyet” qəzeti   Antarktidada meydana gələn dəliyin böyüklüyü ilə bağlı xoşagəlməz müqayisə aparıb. 

Anews.az xəbər verir ki, qeyd edilən KİV-lərdə sahildən yüzlərlə kilometr aralıda yaranan dəliyin böyüklüyünün Azərbaycan ərazisi boyda olduğu vurğulanıb.  

Yaranmış böyük dəliklə bağlı danışan Toronto Universitetinin professoru Kent Mur bu cür halların, adətən, qitənin sahilboyu ərazilərində meydana gəldiyini bildirib. Onun sözlərinə görə, peyklər olmasaydı, həmin dəliyin meydana gəlməsi barədə məlumat olmayacaqdı. Doktor həmin ərazidə 1970-ci illərdə də oxşar dəliyin yarandığını bildirib. K.Mur qeyd edib ki, o zaman texnoloji məhdudliyyətlər olduğundan,  elm adamları araşdırma apara bilməyiblər.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM