“Türk ordusu ilə bərabər döyüşlərə qatılmaq istəyirik” - Bakıda möhtəşəm aksiya - FOTO

09:45 | 13.10.2019
“Türk ordusu ilə bərabər döyüşlərə qatılmaq istəyirik” - Bakıda möhtəşəm aksiya - FOTO

“Türk ordusu ilə bərabər döyüşlərə qatılmaq istəyirik” - Bakıda möhtəşəm aksiya - FOTO

Qardaş ölkənin Suriyada keçirdiyi hərbi əməliyyatlarda iştirak edənlərin sayı günbəgün artır; Emin Həsənli: "Mən əminəm ki, tezliklə bu rəqəm 10 min nəfərin üzərində olacaq”

Türkiyənin Suriyada keçirdiyi antiteror əməliyyat Azərbaycanda da həsaslıqıla izlənilir və hər bir Azərbaycan vətəndaşının qəlbi bu günlardə qardaş ölkə ilə birgə döyünür. Azərbaycanın çoxsaylı qəhrəman oğulları dünyanın aparıcı güclərinin təpkisinə mətanətlə sinə gərərək xain terrora qarşı uğurlu mübarizəsini davam etdirən Türk Ordusunun sıralarında döyüşmək üçün hərəkətə keçiblər.
Bu gün, 12 oktyabrda Gəncliyə Yardım Fondunda Türk ordusu sıralarında döyüşmək istəyən vətənpərvərlərin aksiyası keçirilib.
Bizimyol.info bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənliyə istinadən xəbər verir.

E.Həsənli saytımıza bildirib ki, Azərbaycanın Qeyri-Hökumət Təşkilatları (QHT) "Qardaşlığımız əbədidir” QHT koalisiyası yaradıb və onu sədr seçiblər: "Burada əsasən, hərbyönümlü QHT-lər iştirak edir. Şəhid ailələri, Qarabağ qaziləri, müharibə veteranları, Əfqanıstan döyüşçüləri, 20 Yanvar, Çernobıl əlilləri, ehtiyatda olan zabitlər, gənclər təşkilatları, Türkiyə ilə bağlı təşkilatlar bu tədbirlərdə yaxından iştirak edirlər”. E.Həsənli bildirdi ki, bu gün keçirilən aksiyada əsasən gənclər və qazilərimiz Türk ordusu sıralarında terrora qarşı döyüşlərdə iştirak etmək istədiklərini növbəti dəfə bəyan ediblər: "Artıq 1000-dən artıq gənc, qazi və ehtiyatda olan zabitlərimiz müraciət edib. Lakin müraciət edənlərin sayı gün-gündən arır. Artıq Türkiyədə döyüşmək istəyən qardaşlarımız öz təşəbbüsləri ilə hərbi geyim də hazırlayıblar. Hərbi geyimin bir qolunda Azərbaycan, digər qolunda Türkiyə bayraqları əksini tapıb. Onlar açıq şəkildə bəyan edirlər ki, biz ancaq Azərbaycandan sonra yalnız Türkiyənin bayrağını özümüzün geyim hərbi geyimimizə əlavə edə bilərik, başqa cür də ola bilməz! Onlar elə bu gün Türkiyənin başlatdığı mücadilədə döyüşməyə hazırdırlar. Bizim hər birimiz terrordan əziyyət çəkən qardaş Türkiyənin yanındayıq. Bilirik ki, qardaş ölkə öz ərazisində 4-6 milyon arasında qaçqını saxlayır. Türkiyə uğurlu hərbi əməliyyatlar keçirməklə həm Suriya ərazilərini terrorçulardan təmizləyəcək, həm də o ərazilərə suriyalı qaçqınlar qayıdacaq. Eyni zamanda Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıyır. Biz Türkiyənin bu addımına dəstək veririk. Tarix boyu Türkiyə Azərbaycana, Azərbaycan Türkiyəyə dəstək verib. Biz Çanaqqala savaşını unutmuruq, Azərbaycan övladları orda türk qardaşlarımızla bərabər döyüşüb şəhid olublar. Eyni zamanda biz Bakının qurtuluşunun 101 illiyini qeyd etdik. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun 1130 əsgər və zabiti şəhid olub. Osmanlının ən ağır zamanında, ən ağır şərtlər altında türk ordusu 2-3 min km yol qət edərək Azərbaycana gəlib və Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda savaşıblar. Azərbaycanlılar ən ağır dönəmlərdə bütün var-yoxunu toplayaraq İstiqlal savaşına yardım ediblər. Mustafa Kamal Atatürk Nəriman Nərimanova deyib ki, biz bu borcu necə qaytaracağıq? Nərimanov cavab verib ki, qardaş qardaşın əlindən tutar, borc verməz! Ulu öndər Heydər Əliyev ən ağır şərtlər altında Azərbaycan neftini, qazını Türkiyədən keçməklə dünya bazarına çıxartmağa qərar verdi, "Bir millət, iki dövlət” dedi”.
E.Həsənli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günlərdə BMT tribunasından Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qəti mövqeyini, açıq fikrini bir daha bəyan etdi: "Türkiyə Azərbaycanın ərazi bütövlüyünə hörmət edir, torpaqlarımızın işğalına görə Ermənistanla sərhədlərini açmır. Azərbaycan da hər zamn Türkəyətə dəstək verib. Cənab prezident İlham Əliyev deyib ki, bir millətin bir diasporu olar”. Təşkilat sədri bildirdi ki, koalisiyada təmsil olunan vətənpərvər insanlar daim Türkiyəyə dəstək olub: "Bizim Türkiyə qaziləri, ehtiyatda olan hərbçilərlə işbirliyimiz, əməkdaşlığımız var. Biz də özünüzə borc bilirik ki, qardaş Türkiyənin apardığı savaşda iştirak edək. Bundan öncə Afrin əməliyyatı, həmçinin Fırat Qalxanı əməliyyatında da eyni mövqedə olmuşuq. İndi də Barış Pınarı əməliyyatında Türkiyənin yanında olmağı özümüzə borc bildik. Türkiyə Silahlı Qüvvələri 9 oktyabrda hərbi əməliyyatlara başlayanda artıq Azərbaycan qaziləri, gənləri döyüşlərə qatılmaq üçün ilk müraciətlərini etdilər. Biz o müraciətləri Türkiyə prezidentinə, Silahlı Qüvvələrin Baş Qərargahına rəsmən ünvanladıq. Bildirdik ki, bundan əlavə, minlərlə Azərbaycan gənci, ehtiyatda olan hərbçi Türk ordusu ilə bərabər döyüşməyə hazırdır”.
E.Həsənli dedi ki, digər tədbirlər də davamlı olaraq keçiriləcək və qardaş ölkəyə gərəkən bütün dəstək veriləcək: "Bizim bir qrupumuz gedib Türkiyədə şəhid ailələrinə baş çəkəcək. Allah şəhidlərimizə rəhmət eləsin! Həmçinin onlar qazilərimizə baş çəkəcəklər, necə ki, Afrin qazilərinə baş çəkdilər, Afrində şəhid olanların ailələrini ziyarət etdilər. Türkiyədə digər tədbirlər keçiiləcək, həmçinin Türkiyə Silahlı Qüvvələrində. Hərbi mahnılarımızın mahir ifaçısı, gözəl sənətkarımız Şəmistan Əlizamanlı da bu proseslərdə yaxından iştirak edir, orada konserlər verəcək. Həmçinin Türkiyə mətbuatında bizim davamlı çıxışlarımız olacaq. Artıq iki gündür Türkiyə mediası, Türkiyənin aktiv insanları bizim məlumatları paylaşırlar. Elə bugünki tədbirimizi də TRT-nin və Anadolu Ajansının Bakı nümayəndəlikləri iştirak edib, çəkilişlər apardılar. Bundan sonra isə nə zaman ehtiyac olsa, biz hazır şəkildə Türkiyəmizin yanında olmağa hazırıq”. E.Həsənli bildirdi ki, döyüşə hazır olanların sayı yaxın günlərdə dəfərlərlə artacaq: "Mən əminəm ki, tezliklə bu rəqəm 10 min nəfərin üzərində olacaq”. Təşkilat sədri qeyd etdi ki, növbəti tədbir Türkiyənin Azərbaycandakı səfriliyində olacaq: "Biz bu tədbiri ilk müraciət edən heyətlə keçirdik. Lakin artıq say artır. Ona görə də yaxın günlərdə biz böyük heyətlə Türkiyə səfirliyini, hərbi ataşeni də ziyarət edəcəyik. Amma artıq onlara müraciətimizi çatdırmışıq”.
E.Həsənli dedi ki, Azərbaycan hakimiyyətindən onların təşəbbüsünə münasibət "yüksək səviyyədə”dir: "Hakimiyyət də bizim təşəbbüsümüzü dəstəkləyir. Azərbaycan prezidentinin köməkçisi cənab Əli Həsənov Azərbaycan dövlətinin mövqeyini bildirib ki, Azərbaycan Türkiyə ilə bərabərdir, terrora qarşı aparılan mücadiləni dəstəkləyir. Həmçinin Azərbaycan XİN-in bəyanatı olub. Hər zaman belə proseslərdə Azərbaycan dövləti Türkiyəyə ilk dəstək verən ölkə olub. Bu da təbiidir. Azərbaycan prezidentinin xarici siyasətində Türkiyə ilə müttəfiqlik, qardaşlıq ən əsas yerdə dayanır. Azərbaycan ən böyük investisiyasını Türkiyəyə qoyub, 20 milyard. İkinci dövlət bundan on dəfə aşağıdır. Həmçinin qardaş ölkədən də hər zaman dəstək görmüşük. Odur ki, bizim Türkiyənin yanında olmağımız tam məntiqlidir, burada qeyri-adi heç nə ola bilməz”.
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM