Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı apardığı əməliyyatlar nəticəsində terror təşkilatının 200 üzvü öldürülüb.
Modern.az saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə hava hücumları 5 dalğa halında PKK-nın sığınacaqlarına və mərkəzlərinə böyük zərbə vurub. Əməliyyat nəticəsində PKK-nın 200-ə qədər üzvü öldürülüb. Həmçinin təşkilatın rəhbərliyində yer alan Murad Karayılanın qərargahı da vurulub. Amma onun qərargahda olmadığı deyilir.
Türkiyə hava hücumları ilə vurulan nöqtələr PKK-ya aid gizli silah-sursat anbarları, təhsil müəssisələri, təlim mərkəzləri, anbar, depolar və sığınacaqlardır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !