Türkiyə Qəzzada azad edilmiş 15 fələstinli məhbusu öz ərazisində qəbul edəcək. Bu barədə "TRT Haber” telekanalı məlumat yayıb.
Məlumata görə, fələstinlilər yaxın günlərdə Türkiyəyə yollanacaqlar
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında girov mübadiləsinin dördüncü mərhələsi çərçivəsində İsrail həbsxanalarından 183 fələstinli azad edilib.Bu barədə "Al Jazeera” məlumat yayıb.
Daha əvvəl Fələstin yaraqlıları üç israilli girovu azad ediblər.
Daha əvvəl Fələstin yaraqlıları üç israilli girovu azad ediblər.
İsrail və HƏMAS arasında atəşkəs razılaşması yanvarın 19-da qüvvəyə minib. Hərəkat fələstinli məhbusların azad edilməsi müqabilində israilli girovları azad etməyi öhdəsinə götürüb. Üçüncü mərhələdə həlak olanların cəsədlərinin mübadiləsi həyata keçiriləcək.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !