Türkiyədə keçirilən parlament seçkilərinin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası (AKP) İstanbulda 39, Cümhuriyyət Xalq Partiyası (CHP) 28, Xalqların Demokratik Partiyası (HDP) 11, Milliyyətçi Hərəkat Partiyası (MHP) isə 10 millət vəkili mandatı qazanıb. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, AKP, CHP və HDP Böyük Millət Məclisinə 3 erməni millət vəkili göndərib.
AKP-də Markar Eseyan, CHP-nin deputatlığa namizədlər siyahısında 1-ci sırada olan erməni vəkil Selina Doğan millət vəkili seçiliblər. HDP-dən də milliyyətcə erməni olan namizəd Garo Paylan da mandat qazana bilib.
Beləliklə, Türkiyə Böyük Millət Məclisinə 54 il sonra ilk dəfə erməni millət vəkilləri seçiliblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !