2023-cü il Türkiyə 96 ölkəyə 10,39 min ton püstə ixra edib. Bu barədə Türkiyə mətbuatı yazıb.
Hesabat dövründə Türkiyə püstə ixracından 151,57 milyon dollar gəlir əldə edib.
Məhsulun böyük hissəsi Almaniyaya ixrac olunub.
2022-ci ildə 179,695 milyon dollar dəyərində püstə ixrac edilib.
Türkiyə əsas püstə istehsalçısı və ixracatçısıdır.
Bir çox yeməklərdə istifadə edilən püstə əsasən Şanlıurfa və Qaziantep vilayətlərində yetişdirilir.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !