Türkiyə ABŞ-dan yeni F-16 almaq istəyir

14:36 | 11.07.2024
Türkiyə ABŞ-dan yeni F-16 almaq istəyir

Türkiyə ABŞ-dan yeni F-16 almaq istəyir

Türkiyə rəhbərliyinin nümayəndələri NATO sammiti  çərçivəsində Vaşinqtonda Ankaranın F-16 döyüş təyyarələri və onlar üçün modernləşdirmə dəstləri almaq məsələsini müzakirə edəcəklər. Bunu jurnalistlərə Türkiyə Müdafiə Nazirliyinin nümayəndələri bildirib. 


"Bildiyiniz kimi, müvafiq müqavilələr imzalanıb, detallar və nüanslar üzərində iş davam edir. Zirvə ilə bağlı bütün təfərrüatlar görünəndə açıqlanacaq, biz sizə məlumat verəcəyik”, - deyə "A Haber” telekanalı Müdafiə Nazirliyinin nümayəndəsindən sitat gətirib.

Qeyd olunur ki, idarənin rəisi Yaşar Gülər ​​NATO sammiti çərçivəsində Vaşinqtonda bir neçə görüş keçirmək niyyətindədir.

İyunun əvvəlində Türkiyə rəsmiləri ABŞ-a $23 milyard dəyərində  F-16 Block-70/72 qırıcılarının və mövcud olan  təyyarələri  modernləşdirmək üçün müasir dəstlər almaq niyyəti barədə məktub (LOA)  ünvanlayıblar. .

Ümumilikdə Türkiyə biryerlik (F-16C) və ikiyerlik (F-16D)  40 ədəd F-16 blok-70/72 qırıcı təyyarəsi, eləcə də Türkiyənin F-16C/D "blok-40/50+ təyyarələrinin müasirləşdirilməsi  və genişləndirilməsi üçün zəruri olan 79 dəst avadanlıq almağı planlaşdırır.  Buraya həmçinin ehtiyat hissələri, zəruri xidmət avadanlığı, təlim və texniki dəstək proqramları və hava-hava və hava-yer silahlarının tam komplektasiyası daxildir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür