"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, toplantıda iki mülki şəxs - ölkənin baş naziri Əhməd Davudoğlu və müdafiə naziri İsmət Yılmaz iştirak edəcək.
Şurada ən əsas məsələ olaraq ölkənin sərhəd təhlükəsizliyi, eləcə də Türkiyənin hava sərhədini pozan Rusiya təyyarəsinin vurulmasından sonra yaranan böhran, Suriyanın türkmənlərə aid bölgəsində Bəşşar Əsəd və müttəfiqlərinin hərbi əməliyyatları, PKK, İŞİD kimi terrorçu qruplaşmalara qarşı mübarizə və s. məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Toplantıdan sonra prezident Rəcəb Tayyib Ərdoğan şura üzvlərinə Türkiyə vaxtı ilə 19.30-da (Bakı vaxtı ilə 20.30) şam yeməyi verəcək.
Qeyd edək ki, Ali Hərbi Şura adətən ildə bir dəfə - dekabr, yaxud noyabrda keçirilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !