Türkiyə Azərbaycan qazının idxalını 4%-dən çox azaldıb

09:59 | 30.11.2022
Türkiyə Azərbaycan qazının idxalını 4%-dən çox azaldıb

Türkiyə Azərbaycan qazının idxalını 4%-dən çox azaldıb

Türkiyə Azərbaycan qazının idxalını 4.5%-dək azaldıb.


Bu ilin yanvar-sentyabr aylarında Türkiyə Azərbaycandan 6 409.65 mln. kubmetr qaz idxal edib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 4.4% azdır.


2021-ci ilin yanvar-sentyabr aylarında Türkiyə Azərbaycandan 6 703.62 mln. kubmetr qaz idxal edib.


Məlumata görə, sentyabr ayında Türkiyə Azərbaycandan 710.48 mln. kubmetr qaz idxal edib, bu da illik müqayisədə 3.73% azdır.


Ötən il Türkiyə Azərbaycandan 8 820.46 mln. kubmetr qaz idxal edib, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 24% azdır.

İdxalın azalması Azərbaycanın "Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin birinci mərhələsi üzrə müqavilənin müddətinin ötən ilin yazında başa çatması ilə əlaqədardır. Tərəflər arasında (Türkiyənin "Botaş” şirkəti və "Şahdəniz” konsorsiumu) yeni razılaşma (2024-cü ilin sonunadək qüvvədə olacaq – red.) yalnız sentyabr ayında əldə olunub. Bu razılaşmaya əsasən, "Şahdəniz-1” çərçivəsində qazın tədarükü azaldılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb