Türkiyə bankı rublla əməliyyatları dayandırıb

18:12 | 29.08.2024
Türkiyə bankı rublla əməliyyatları dayandırıb

Türkiyə bankı rublla əməliyyatları dayandırıb

Türkiyənin Ziraat Bankı Rusiya valyutası rublla hesabların açılmasını dayandırıb.Bu barədə "RİA Novosti” məlumat yayıb.

Məlumata görə, bankın bu qərarı Türkiyədə fəaliyyət göstərən rusiyalı iş adamlarına təsir edib.

Bildirilib ki, əvvəllər rubl hesabı açmaq üçün ölkədə yaşamaq icazəsi və ya iş/təhsil icazəsi tələb olunurdu. Bəzi özəl banklar bu xidməti indi depozit şərti ilə təklif edirlər.

"Mövcud rubl hesablarının sahibləri gücləndirilmiş nəzarət altında lirəyə çevrilmiş vəsaitləri ala bilərlər. Bunun üçün türk valyutasında əlavə hesabınız olmalıdır”, - bankın məlumatında qeyd olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür