Türkiyə: Baş nazir Ankara partlayışlarına görə İD-ni ittiham edib

17:38 | 12.10.2015
Türkiyə: Baş nazir Ankara partlayışlarına görə İD-ni ittiham edib

Türkiyə: Baş nazir Ankara partlayışlarına görə İD-ni ittiham edib

Türkiyə Baş naziri Ahmet Davutoglunun bildirdiyinə görə, şənbə günü törədilmiş və 100-ə yaxın insanın həyatına son qoymuş Ankara partlayışlarına görə əsas şübhə İslam Dövləti qruplaşmasının üzərinə düşür.

İndiyədək qruplardan heç biri törədilmiş partlayışlara görə məsuliyyəti üzərinə götürməyib, lakin hökümət hesab edir ki, partlayışı iki intiharçı törədib.

Rəsmi məlumatlara əsasən ölənlərin sayı 97-dir, lakin şənbə yürüşünün əsas təşkilatçılarından biri olan qrup ölənlərin sayının 128-ə çatdığını iddia edir.

Həlak olanların dəfn mərasimi bazar ertəsi davam etdirilib.

Ötən şənbə günü Ankaranın mərkəzinə toplaşanların Türkiyə hökümət qüvvələrilə PKK silahlıları arasında toqquşmalara son qoyulmasını tələb etmək niyyətində olduqları bildirilir.

Türkiyə televiziyasına danışan baş nazir Davutoglu şənbə partlayışlarını qarşıda gələn 1 noyabr parlament seçkilərin nəticəsinə təsir göstərmək cəhdi kimi qiymətləndirib.

Partlayışlarda ölənlərin çoxu kürdpərəst HDP partiyasının fəalları olub.

HDP hazırda seçkiqabağı yürşləri keçirmək planlarından imtina etməyi düşünür.

HDP hesab edir ki, partlayışların hədəfi bu təşkilatın nümayəndələri olub.

BBC müxbiri Mark Lowen Ankaradan xəbər verir ki, Türkiyə hökumətinin tənqidçiləri hökumətin İslam Dövləti qruplaşmasından "günah keçisi" kimi istifadə etdiyini deyir. Onların fikrincə, partlayışlara görə məsuliyyəti dövlətin içərisində olan və seçkilər öncəsi dəstək əldə etmək istəyən qaranlıq elementlər daşıyır.

HDP lideri Selahattin Demirtas deyib ki, insanlara dövlət hucm edib və başsağlığı Prezident Erdoğana yox, Türkiyə xalqına verilməlidir. //bbc.com/azeri
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM