Türkiyə milli basketbol komandası Gürcüstan komandası ilə sentyabrın 4-də oyunda baş verən insidentdən sonra EuroBasket təşkilatını onun sıralarını tərk edəcəyi ilə hədələyib. Bu barədə Türkiyə mətbuatı məlumat yazıb.
Gürcüstan və Türkiyə basketbolçuları arasında keçirilən oyunda Furkan Korkmaz və Duda Sanadzenin iştirakı ilə əlbəyaxa dava düşüb.
Daha sonra gürcü basketbolçular və polislər paltardəyişmə otağında Qorxmaza hücum edib.
"Dəhlizdəki təhlükəsizlik kameralarından hər dəqiqə bizə bütün görüntüləri gətirəcəklər ki, heç nə itməsin. Bu baş verməsə, o zaman turniri tərk edəcəyik", -
Türkiyə Basketbol Federasiyasının vitse-prezidenti Ömər Onan bildirib.
Gürcüstan millisi Türkiyə yığmasına 88:83 hesabı ilə qalib gəlib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !