Türkiyənin paytaxtı Ankara şəhərinin Mamak rayonunda bu ölkənin dövlət bayrağı təhqir olunub.
ANS PRESS-in "İHA”ya istinadən verdiyi məlumata görə, rayon ərazisindəki parklardan birində qaya üzərində yerləşdirilən 3 tərəfli bayraqlardan birinin ulduzu yerindən çıxarılıb. Hadisə yerli vaxtla 00.00-da (Bakı vaxtıyla 02.00) meydana gəlib.
Bildirilir ki, bayraqlardan birinin üzərində olan beş guşəli ulduz yerindən qoparılaraq digər tərəfdəki bayrağın üzərinə yapışdırılıb. Naməlum şəxslər tərəfindən törədilən hadisə ilə bağlı polis araşdırmalara başlayıb.
Xatırladaq ki, bundan əvvəl Türkiyənin dövlət bayrağı dəfələrlə separatçı PKK terrorçuları tərəfindən təhqir olunub. Onlar müxtəlif şəhərlərdəki inzibati binalarda olan dövlət bayraqlarını dirəkdən endiriblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !