Beynəlxalq Hesablaşmalar Bankının (BHB) rüblük məruzəsində aralarında Braziliya, Türkiyə və Çinin də yer aldığı bəzi ölkələrin bank sistemində böhran ehtimalı olduğu bildirilib.
"Report" BHB-nin məruzəsinə istinadən xəbər verir ki, özəl sektor kreditlərinin uzunmüddətli trenddən nə qədər kənarlaşdığını göstərən Kredit/ÜDM nisbəti Çində 25,4%-ə yüksələrək böyük iqtisadiyyata sahib olan ölkələr arasında ən maksimal həddə çatıb. İkinci sırada Türkiyə (16,6%), üçdə Braziliya (15,7%) qərarlaşıb. Sənəddə qeyd olunur ki, maliyyə tarixində bu nisbətin 10%-i keçdiyi ölkələrdə bank böhranının meydana gəlməsi riski 67%-ə bərabərdir.
Xatirlatmaq lazımdır ki, İndoneziya, Sinqapur və Tailandda da bu göstəricisi 10%-dən artıqdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !