Türkiyə bütün dünyanın diqqətində

19:40 | 10.06.2015
Türkiyə bütün dünyanın diqqətində

Türkiyə bütün dünyanın diqqətində

Ölkə lideri - Ərdoğanın susqunluğu hamını narahat edir.

Türkiyədə keçirilən parlament seçkisi türk və əcnəbi mətbuatın diqqət mərkəzində qalmağa davam edir. Birja və milli valyutaya seçki nəticələri çox pis reaksiya verdi. 

Amma hər şeydən çox Türkiyəni ölkə liderinin susqunluğu narahat edir. Susqunluq kifayət qədər həyəcanlıdır. 

Türkiyədə Ərdoğanı sutkanın istənilən vaxtı görməyə və eşitməyə öyrəşiblər. O, xüsusilə son aylarda, seçkiqabağı kampaniya çərcivəsində fəallaşıb. Mətbuat yazır ki, bu gün prezidentin izləri bir az itib. 

Türkiyə hökumətinin tərkibi - koalisiya haqqında bir neçə variant var. Ərdoğan artıq Davutoğluna bununla məşğul olmaq tapşırığı verib. Hakim partiya özünə tərəfdaş tapmalıdır və yaxın günlərdə bu məsələ ilə bağlı danışıqlar başlayacaq. 

Bunu etmək elə də asan olmayacaq. Məsələn, Dövlət Bahçeli artıq koalisiya hökumətinin formalaşması barədə istənilən təşəbbüsü rədd edir. 

Amma buna baxmayaraq bəziləri hesab edirlər ki, hakim partiyanın tərəfdaşı bu seçkinin əsl sensasiyası hesab edilən kürdlərin partiyası ola bilər. Əgər partiyalar yaxın yarım ayda razılıq əldə edə bilməsələr, Türkiyədə qanuna uyğun olaraq 3 aydan sonra təkrar parlament seçkisi olacaq. 

Ekspertlərin fikrincə, prezident tezliklə ölkədə yaranmış vəziyyətlə bağlı öz fikrini deyəcək. Türkiyədə "sultan" adlandırlan Ərdoğanı dayandırmaq çətindir. O, uğursuzluqlar qarşısında əyiləcək insan deyil. Əlbəttə? unutmaq olmaz ki, seçkidə hakim partiya səsçoxluğu qazanıb. AKP hələ də Türkiyədə ən iri və nüfuzlu partiyadır. /ANSPRESS


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM