Bu gün Türkiyə Cümhuriyyətinin 92 yaşı tamam olur. 29 oktyabr tarixi uzun illərdir Türkiyədə "Cumhuriyyət” (Respublika) günü kimi qeyd olunur. Türkiyədə hamı Türkiyə Cümhuriyyətinə Mustafa Kamal Atatük əmanəti kimi baxır.
Modern.az xəbər verir ki, bu bayram 1923-cü ildən Türkiyə Böyük Millət Məclisinin (TBMM) qərarı ilə Osmanlı dövlətinin ləğv edilərək Türkiyə Cumhuriyyətinin elan olunması münasibəti ilə qeyd edilir. Mustafa Kamal Paşanın rəhbərliyində TBMM-də elan edilən respublikanın ilk prezidenti də Mustafa Kamal Atatürk özü olub. 1924-cü ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.
Ərazisi 783 562,4 km² olan Türkiyənin 3 faizi Avropa, 97 faizi Asiya qitəsindədir. Ölkə 7 coğrafi ərazi və 81 vilayətdən ibarətdir. Əhalisi təxminən 80 milyon nəfər, paytaxtı Ankara şəhəridir. Ölkənin bayrağı qırmızı parça üstündə ağ rəngli aypara və beş guşəli ulduzdan ibarətdir. Türkiyənin rəsmi dili türk dilidir.
Ölkə şərqdən Gürcüstan, Ermənistan və Azərbaycan, cənubdan Suriya və İraq, qərbdən Yunanıstan və Bolqarıstanla sərhəddir.

www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !