• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

Türkiyə Ermənistan sərhəddinin açılması Azərbaycanla münasibətlərə bağlıdır

Türkiyə Ermənistan sərhəddinin açılması Azərbaycanla münasibətlərə bağlıdır
06.11.2024 10:21
Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.


"Türkiyə ilə Ermənistan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında müqaviləsi imzalandıqdan sonra normallaşacaq", - o, " Türkiyə" qəzetinə deyib .

Rəsmi Ankara bundan əvvəl də dəfələrlə bildirib ki, Türkiyə Ermənistan sərhəddinin açılması Azərbaycanla Ermənistan münasibətlərindən asılı olaraq dəyişə bilər. 
 
İyulun 30-da Ermənistan-Türkiyə sərhədində Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinin xüsusi nümayəndələri Ruben Rubinyan və Serdar Kılıçın 5-ci görüşü keçirilib.

Görüşdə hər iki ölkənin rəsmiləri iki ölkı arasında rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarının sadələşdirilməsinə dair razılıq əldə olunub.

Bundan əvvəl Ermənistan Milli Assambleyasının sədri Ruben Rubinyan jurnalistlərə açıqlamasında bildirib ki, Ermənistan hökuməti Türkiyə ilə quru sərhədlərin açılmasına ümid edir.
 
Türkiyə-Ermənistan srhədlərinin açılmasınn mümkünlüyünü Türkiyə prezidenti Ərdoğan 2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından  sonra bildirib. 

1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə onu tanıyan ilk ölkə Türkiyə olub. Lakin il sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb.  Buna səbəb Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi olub. 

2023-cü il yalvarın 6-da Türkiyə ilə Ermənistan arasında yüklərin birbaşa hava daşınmasına qoyulan qadağa aradan götürülüb. Bildirilib ki, bu iki ölkənin xüsusi nümayəndələrinin səyləri nəticəsində əldə olunan razılaşmadır. 

Ermənistan mətbuatı yazır ki, hazırda üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarını nəzərdə tutan başqa bir razılaşmanın da ən qısa zamanda həyata keçiriləcəyi gözlənilir.
 
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 23:47
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İsrail səfiri Britaniya XİN-ə çağırılıb
Dünya 22:32
İsrail səfiri Britaniya XİN-ə çağırılıb
Polşa XİN Rusiyaya etiraz notası göndərib
Dünya 19:10
Polşa XİN Rusiyaya etiraz notası göndərib
Ərdoğan və Makronun telefon danışığı olub
Dünya 16:06
Ərdoğan və Makronun telefon danışığı olub
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünya 15:36
Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Paşinyan Azərbaycanla torpaq mübadiləsini istisna etmir
Dünya 14:06
Paşinyan Azərbaycanla torpaq mübadiləsini istisna etmir
Türkiyənin Alanya kurortunda çirklənmə kritik həddə çatıb
Dünya 09:42
Türkiyənin Alanya kurortunda çirklənmə kritik həddə çatıb
Apple ağıllı saatlarında Touch ID funksiyası yaradır
Dünya 09:05
Apple ağıllı saatlarında Touch ID funksiyası yaradır
ABŞ-da mərhəməti ilə tanınan hakim Frenk Kaprio 88 yaşında vəfat edib
Dünya 09:01
ABŞ-da mərhəməti ilə tanınan hakim Frenk Kaprio 88 yaşında vəfat edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol