Türkiyə Ermənistanla sərhəddə 8 ölkənin iştirakı ilə hərbi təlimlər keçirəcək

Türkiyənin Ermənistanla həmsərhəd Qars vilayətində Türkiyə, Azərbaycan və daha 6 ölkənin iştirakı ilə hərbi təlimlər başlayır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Nəşrin məlumatına görə, təlimlərin iştirakçıları artıq Qarsa gəlib və hazırlıqlara başlayıblar.
Kosovonun müdafiə naziri Armend Mehai bildirib ki, bu təlimlərin məqsədi müxtəlif ölkələrin qoşunları arasında koordinasiya və qarşılıqlı əlaqəni təmin etmək, bölmələrin döyüş hazırlığını yoxlamaq, ərzaq və geyimlə qarşılıqlı təminat, maddi-texniki təchizat üzrə təlim keçməkdir.
2023-cü il Qış təlimləri 3-cü Ordu Korpusunun komandanlığındakı Türkiyə ordusunun 14-cü motoatıcı briqadasının bazasında keçirilir.
Təlimlər 2 fevral 2023-cü il tarixinədək davam edəcək.
Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə və Azərbaycan 2022-ci ildə 12 birgə təlim keçirib.
2022-ci il dekabrın əvvəlində Azərbaycan və Türkiyə hərbçiləri Bakıda və Azərbaycanın üç rayonunda - Astara, Cəbrayıl və İmişlidə birgə təlimlər keçirib.
Təlimlərə hər iki ölkənin müxtəlif qoşun növləri, döyüş və mühəndis texnikası, eləcə də hərbi aviasiyasının şəxsi heyəti cəlb olunub.
www.anews.az

Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək

Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb

Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər

Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb