Türkiyə Ermənistanla sərhəddi hansı halda açacağını bir daha bəyan edib

20:32 | 26.02.2024
Türkiyə Ermənistanla sərhəddi hansı halda açacağını bir daha bəyan edib

Türkiyə Ermənistanla sərhəddi hansı halda açacağını bir daha bəyan edib

Bakı ilə İrəvan arasında bütün problemlər həll olunmayana və konstitusiya dəyişdirilmədikcə Türkiyə Ermənistanla sərhədi açmayacaq. Bu sözləri türkiyəli deputat Şamil Ayrım deyib.

O bildirib ki, əks halda belə bir dövlətlə sülh mümkün olmayacaq.

Türkiyə-Ermənistan srhədlərinin açılmasınn mümkünlüyünü Türkiyə prezidenti Ərdoğan 2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından  sonra bildirib. 


1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə onu tanıyan ilk ölkə Türkiyə olub. Lakin il sonra Türkiyə Ermənistanla sərhədini bağlayıb.  Buna səbəb Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi olub. 

2023-cü il yalvarın 6-da Türkiyə ilə Ermənistan arasında yüklərin birbaşa hava daşınmasına qoyulan qadağa aradan götürülüb. Bildirilib ki, bu iki ölkənin xüsusi nümayəndələrinin səyləri nəticəsində əldə olunan razılaşmadır. 

Ermənistan mətbuatı yazır ki, hazırda üçüncü ölkə vətəndaşlarının quru sərhədini keçmək imkanlarını nəzərdə tutan başqa bir razılaşmanın da ən qısa zamanda həyata keçiriləcəyi gözlənilir.


Gülnar
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM