“Türkiyə ilə münasibətləri tədricən nizamlamağa hazırıq” - Ermənistan TŞ

14:30 | 24.09.2021
“Türkiyə ilə münasibətləri tədricən nizamlamağa hazırıq” - Ermənistan TŞ

“Türkiyə ilə münasibətləri tədricən nizamlamağa hazırıq” - Ermənistan TŞ

"Ermənistan Türkiyə ilə münasibətlərini tədricən nizamlamağa hazırdır”.

Bunu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün keçirilən brifinq zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan, həmçinin iki ölkə nümayəndələri arasında yüksək səviyyəli görüşlərin təşkil edilməsinə də hazırdır.
 
"Bütün regionda sülhün bərqərar olmasının vacibliyi barədə artıq danışmışıq. Bu xüsusda, Türkiyə ilə münasibətlərimizi nizamlamalıyıq. Bu proses tədricən həyata keçirilməlidir. Əminik ki, bunun üçün imkanlardan biri yüksək səviyyəli görüşlərdir”, - deyə Qriqoryan bildirib. (qafqazinfo)

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM