Türkiyə iqtisadiyyatına qoyulan xarici sərmayənin həcmi artıb

15:01 | 22.09.2015
Türkiyə iqtisadiyyatına qoyulan xarici sərmayənin həcmi artıb

Türkiyə iqtisadiyyatına qoyulan xarici sərmayənin həcmi artıb

Türkiyə iqtisadiyyatına qoyulan xarici sərmayənin həcmi iki dəfə artıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Mərkəzi Bankı məlumat yayıb.

Mərkəzi Bank son illər Türkiyədən xaricə çıxarılan vəsaitin həcmini də açıqlayıb. Xəbərə görə, son 10 ildə Türkiyədən xaricə 30 milyard dollar çıxarılıb. Axrıncı 2,5 ildə bu məbləğ 11,3 milyard dollar təşkil edib.

2013-cü ildən indiyə kimi Türkiyədən 11 milyard 309 milyon dollarlıq sərmayə çıxarılıb. Həmin məbləğin 6,1 milyard dolları Avropa ölkələrinə, o cümlədən 2,7 milyard dolları Hollandiyaya aparılıb. Ölkədən çıxarılan sərmayənin 3,6 milyard dolları Asiya ölkələrinə, o cümlədən 2,6 milyard dolları Azərbaycan iqtisadiyyatına qoyulub. Bundan başqa ABŞ iqtisadiyyatına 1,4 milyard dollarlıq, Böyük Britaniyaya 876 milyon dollarlıq, Almaniyaya isə 639 milyon dollarlıq sərmayə qoyulub.

Məlumata görə, son iki il yarımda isə ölkə iqtisadiyyatına xarici şirkətlərin yatırdığı birbaşa sərmayənin həcmi iki dəfə artaraq, 25,6 milyard dollar təşkil edib.
Ölkə iqtisadiyyatına Almaniya şirkətləri 2,9 milyard dollar, Hollandiya 3,6 milyard dollar, Böyük Britaniya 1,6 milyard dollar, İspaniya 2,7 milyard dollarlıq sərmayə qoyub. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM