Türkiyə İŞİD-ə qarşı divar hörür

12:05 | 30.07.2015
Türkiyə İŞİD-ə qarşı divar hörür

Türkiyə İŞİD-ə qarşı divar hörür

Türkiyə Silahlı Qüvvələri Suriya sərhədinin Hatay vilayətinin Yayladağ bölgəsinə düşən hissəsində xəndək qazır və divar hörür. 

ANS PRESS-in məlumatına görə, hündürlüyü 2,5 metr və qalınlığı 1 metr olan divar qumbaraatan zərbəsinə belə davamlı olacaq. Yayladağ bölgəsinin Güveççi, Görentaş, Uluyol və Aşağı Pulluyazı məhəllərində xəndək və divarın tikintisinə may ayında başlanılıb. Son günlərdə terror hücumlarının artmasına görə işlər sürətləndirilib. 

Qalınlığı 1 metr olan divar qumbaraatan zərbəsinə davamlı olacaq 

İndiyə kimi 2,5 kilometr uzunluğunda akkordeon tipli divar hörülüb. Divarın üzərinə tikanlı məftil çəkilib. Divarın düz arxasında isə 7 kilometr uzunluğu və 4 metr dərinliyi olan xəndək qazılıb. Türkiyə Silahlı Qüvvələri bundan əlavə Suriya sərhədinə təhlükəsizlik kameraları yerləşdirəcək. 

Müəyyən nöqtələrdə qüllələrə yerləşdirilmiş kameralar 24 saat qeydiyyat aparacaq. Kameralar gecələr də görmə qabiliyyətində olacaq. Bununla yanaşı, sərhəddə xidmət edən əsgərlər zirehli avtomobillərlə nəzarət aparacaqlar. 

İlkin müşahidələr xəndək və divarın qaçaqmalçılara böyük zərbə vurduğunu ortaya çıxarır. Divarın olmadığı bir nöqtədən Türkiyəyə keçməyə çalışan bir qrup qaçaqmalçının yanlarındakı heyvanlardan ikisi xəndəyə düşdükdən sonra onlar geri Suriyaya qaçıblar. 

Uzunluğu 7 km olan xəndək qaçaqmalçılara böyük zərbə vurub


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM