Türkiyə "İslam dövləti” (İŞİD) terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatlara başlayacaq. Modern.az saytı xəbər verir ki, belə açıqlama ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
"ABŞ əldə etdiyimiz razılaşma çərçivəsində hərbi bazalarımızın, xüsusilə İncirlik bazasının açılması mövzusunda məsafə qət etdik”,-deyə o bildirib.
Nazirin sözlərinə görə Türkiyə yaxın vaxtlarda ABŞ-ilə birgə İŞİD-ə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !