Türkiyə İŞİD-ə qarşı irimiqyaslı müharibədən imtina etdi

22:59 | 13.08.2015
Türkiyə İŞİD-ə qarşı irimiqyaslı müharibədən imtina etdi

Türkiyə İŞİD-ə qarşı irimiqyaslı müharibədən imtina etdi

Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu bildirib ki, onun ölkəsinin hakimiyyəti Suriya ərazisində "İslam dövləti” (İŞİD) qruplaşmasının yaraqlılarına qarşı quru əməliyyatları keçirmək niyyətində deyil.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

"Hal-hazırda əməliyyatın keçirilməsi nəzərdə tutulmayıb, amma gələcəkdə İŞİD yaraqlıları ilə mübarizə üçün tələb olunan hər şey, quru əməliyyatları da daxil olmaqla həyata keçirilməlidir. Bu, mənim şəxsi fikrimdir”, - Reyter agentliyi nazirin sözlərindən sitat gətirib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu BBC teleşirkətinə verdiyi müsahibəsində Türkiyə silahlı qüvvələrinin bölmələrinin Suriya ərazisinə göndərilməsini istisna etməyib.

Bununla yanaşı, o dəqiqləşdirib ki, Suriyanın öz qüvvəsi yetərsə, Türkiyə də daxil olmaqla digər ölkələrin ora öz dəstələrini göndərmək lazım gəlməyəcək.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM