Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar. Beynəlxalq arenada çıxış edən qardaş ölkə təmsilçilərinin hamısı ilk dəfə eyni gündə qələbə qazanıblar.
Avropa Liqasında mübarizə aparan "Fənərbağça" Kiprdə AEK (Larnaka) komandasına 2:1 hesabı ilə qalib gəlib, "Trabzonspor" isə evdə Fransa "Monako"sunu darmadağın edib - 4:0.
Konfrans Liqasında "Başakşehir" evdə Latviyanın RFŞ klubunu, "Sivasspor" isə Kosovoda "Balkani"ni 2:1 hesabı ilə üstələyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !