Kürd Xalq Müdafiə Birlikləri (YPG) də bazar günü Tal Abad şəhəri ətrafında türk qüvvələrinin atəşinə məruz qaldığını bildirib.
YPG İslam Dövləti qruplaşmalarına qarşı əməliyyatda ABŞ-ın aparıcı müttəfiqidir.
Ankara ehtiyat edir ki, Suriya kürdlərinin uğurları Türkiyənin şərqindəki kürd əhalisi arasında separatçılıq meyllərini gücləndirə bilər.
Hücumlar noyabrın 1-ə təyin edilmiş parlament seçkilərindən sonra yer alır.
Bu YPG qrupunun hücuma məruz qalması barədə ilk bəyanatı deyil.
İyul ayında qrup Türkiyə ilə həmsərhəd Zormixar kəndinin artilleriya atəşinə tutulduğunu bildirmişdi. O vaxtlar Ankara hücum barədə iddiaları rədd etdi.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !