Türkiyə Mərkəzi Bankının vaxtından əvvəl uçot dərəcəsini azaldacağı ilə bağlı narahatlıq və beynəlxalq maliyyə bazarlarının təzyiqi ilə lirə qonşu ölkədə dollar ucuzlaşmağa davam edir.
Anews.az bu barədə report-a istinadən xəbər verir.
Məlumata görə, ötən gün banklararası valyuta bazarında USD/TRY nisbəti 5,46-ya yüksəlib və günün sonunda 5,39-a düşüb. Bu gün səhər saatlarından isə lirə yenidən dəyər itirib və hazırda Türkiyədə 1 dollar 5,43 lirəyə bərabərdir.
Qeyd edək ki, Amerika valyutası dekabrın 3-də açıqlanmış inflyasiya məlumatlarından sonra bahalaşmağa başlayıb. Bu gün açıqlanacaq "2019-cu il Pul və Məzənnə Siyasəti"ni də bazar iştirakçıları maraqla gözləyir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !