Türkiyə mətbuatı: İsrail qazını TANAP vasitəsilə nəql edə bilər

14:25 | 03.09.2015
Türkiyə mətbuatı: İsrail qazını TANAP vasitəsilə nəql edə bilər

Türkiyə mətbuatı: İsrail qazını TANAP vasitəsilə nəql edə bilər

İsrail 2019-cu ildə hasilata başlayacağı "Leviatan" qaz yatağından hasil edilən qazı xarici bazarlara çıxarmaq üçün Türkiyə ərazisindən istifadə etməyi düşünür. 

"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Daily Sabah" nəşri bildirib. 

Qəzetin yazdığına görə, buna həm artıq iki ölkə arasında münasibətlərin normallaşması, həm də bir neçə gün öncə Aralıq dənizinin Misir sahillərində iri qaz yatağının kəşf olunması əsas verir: "İsrail mənbələrinin bildirdiyinə görə, bu yatağın kəşfindən sonra İsrailin qazı birbaşa Misirə nəql etmə planını dəyişib. İsrail rəsmiləri həm də Kiprin Vasilikos sahillərində qaz stansiyasının tikintisi üçün danışıqlar aparır. Amma "Leviatan" qaz yatağının Kipr sahillərindəki "Afrodita" yatağı ilə birləşdirən boru kəmərinin inşasının daha bahalı olacağını düşünürlər. İsrail təhlükəsizlik məsələsinə görə də qaz stansiyası tikməkdə istəksizdirr".

Türkiyə qəzetinin bildirdiyinə görə, İsrail qazının Türkiyə vasitəsilə Avropaya nəqli həm daxili, həm də beynəlxalq istifadə baxımından daha səmərəlidir: "Lakin Türkiyə qazın Avropa bazarlarına Trans-Anadolu boru kəmori (TANAP) və yaxud da "Türk axını" vasitəsilə çıxarılması üçün təkid edə bilər".

Bununla belə, Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasında ilk uğur olmadan İsrail bu layihəni həyata keçirməkdə narahat ola bilər. Artıq nəhəng enerji şirkətləri də Türkiyə ərazisindən keçən boru kəmərinin daha ucuz və ən uğurlıu variant ola biləcəyini qeyd edirlər".

Qeyd edək ki, İsrailin Aralıq dənizi sahilində kəşf olunan "Leviatan" qaz yatağının ehtiyatları 540 mlrd. kubmert həcmində qiymətləndirlir. İsrail yataqdan hasil olunan qazın 50-60%-nin ixracını nəzərdə tutur. Bundan öncə İsrailin planı ispan-italyan ortağı olan "Union Fenosa" vasitəsilə Misirə satmaq olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM