Türkiyə müxalifətinin koalisiya hökuməti şərtləri açıqlandı

21:21 | 07.08.2015
Türkiyə müxalifətinin koalisiya hökuməti şərtləri açıqlandı

Türkiyə müxalifətinin koalisiya hökuməti şərtləri açıqlandı


Bazar ertəsi günü baş nazir Əhməd Davudoğlu ilə görüşəcək Cümhuriyyət Xalq Partiyasının (CHP) rəhbəri Kamal Kılıçdaroğlunun çantasında  partiyasının 14 maddəlik koalisiya hökuməti qanunları ilə Türkiyənin 5 təməl probleminin həlli ilə bağlı təkliflərinin olduğu öyrənilib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, CHP "böyük koalisiyanın iqtisadiyyat, xarici siyasət, kürd problemi, demokratikləşmə və təhsil olmaq üzrə 5 təməl problemin həllinə ciddi təsir edəcəyinə inanır.

Heyətlər arası görüşlərin ardından baş nazir Əhməd Davudoğlunun, CHP lideri Kamal Kılıçdaroğlu ilə partiyanın sözçüsü Haluk Koçu ikinci dəfə koalisiya hökuməti görüşmələri üçün  baş nazirlik iqamətgahına dəvət etməsindən sonra CHP-də hazırlıqlar sürətlənib.

Hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə görüşləri həyata keçirən heyət dünən görüşün dəqiqləşməsinin ardından Kılıçdaroğlu ilə bir araya gəlib. CHP heyəti görüşlərlə bağlı qəti hesabatını Kılıçdaroğluna təqdim edib. Yığıncaqda Davutoğlu ilə keçiriləcək görüşdə irəli sürüləcək strategiya da müzakirə edilib.   Məlumatda qeyd edilir ki, CHP liderinin çantasında bu başlıqlar və təkliflər olacaq:  

4 illik olmalıdır: Türkiyənin təməl problemlərini ancaq yüksək profilli, güclü bir iqtidar həll edə bilər. Buna görə qurulacaq iqtidar ən azı 4 illik olmalıdır.  

Güvən və səmimiyyət: 4 il ölkəni idarə edəcək iqtidar, qarşılıqlı "güvən” və "səmimiyyət” əsasında qurulmalıdır. Türkiyənin ümidləri heç edilməməli, söz olsun deyə koalisiyaya gedilməməlidir. Siyasi əvəzi nə olur-olsun, əlini daşın altına qoymaq üçün gedilməlidir.  

Dövlət başçısının mövqeyi: Koalisiya, parlament sistemi və qüvvələr fərqliliyi qanununu özü üçün şüar əldə etməlidir. Dövlət başçısı konstitusiya səlahiyyətlərinin xaricinə çıxmamağa diqqət göstərməlidır.  

İslahat hökuməti: Qurulacaq yüksək profilli hökumət Türkiyənin 5 təməl problemin (xarici siyasət, iqtisadiyyat, kürd problemi, təhsil, Konstitusiya dəyişikliyi-demokratikləşmə) həllini tapmağı özünə hədəf əldə edən islahat hökuməti şəxsiyyətinə sahib olmalıdır.  

Sui-istifadə və etik dəyərlər: Koalisiya, bütün sui-istifadələrə görə hesab soruşmalıdır. Siyasətin şəffaflaşması üçün siyasi əxlaq qanununu bir an əvvəl çıxarmalıdır.  

Rifah döşəməyə yayılmalıdır: Böyük koalisiya rifahın döşəməyə yayılacağı, bərabərsizliklərin azalacağı bir Türkiyəni ortaya çıxarmaq üçün iqtisadi qaynaqların əməkdən yana, haqq tərəfindən bölüşdürülməsini təmin edəcək tədbirlər görməlidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM