Türkiyə niyə 5 milyon suriyalını ərazisində saxlayır? - Ərdoğandan inanılmaz plan

10:10 | 10.07.2019
Türkiyə niyə 5 milyon suriyalını ərazisində saxlayır? - Ərdoğandan inanılmaz plan

Türkiyə niyə 5 milyon suriyalını ərazisində saxlayır? - Ərdoğandan inanılmaz plan

Türkiyə niyə 5 milyon suriyalını ərazisində saxlayır?
Son zamanlar Türkiyənin müxalif cameəsi iqtidardan ölkədə qeyri-dəqiq məlumata görə, sayı 5 milyon nəfərə çatan suriyalı qaçqınları qovmağı  tələb edir.
Onlar hesab edirlər ki, bu qaçqın toplumu ölkə üçün yük, əlavə başağrısı deməkdir.

Amma gəlin görək, doğrudanmı məsələ onların iddia etdiyi kimdir.

Mövzu ilə bağlı Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirir ki,  Türkiyə qanunvericiliyi imkan verir ki, milli təhlükəsizliyi təhdid altına düşəndə təhlükənin mənbələrinə qarşı hərbi əməliyyat həyata keçirsin: 
"Məsələn, Kipr hadisələrində, Şimali İraqda, Suriyada, hətta İranın şimalında belə bu cür aktlar baş tutub.
1991-ci ildə Özal Şimali İraqı Türkiyəyə birləşdirmək üçün xeyli yol da qət edə bilmişdi.
Eyni proses Ərdoğan hakimiyyəti dönəmində də yaşanmaqdadadır.

İndi daha çox görünür  ki, Özalın planı baş tutsaydı, Türkiyə ciddi beynəlxalq təzyiqlə üz-üzə gəlməyəcək, Şimali İraqın türkman əhalisi referendum ilə Türkiyəyə birləşməyə "hə” deyəcək, onların təhlükəsizliyi üçün türk ordusu bölgəyə daxil olacaqdı. (1937-ci ildə Hatayın Türkiyəyə birləşdirilməsi kimi).
İndi Suriyadan Türkiyəyə qaçan 5 milyon qaçqının Türkiyədə saxlanması, hifz edilməsi Türkiyənin üzaqgörən planlarına daxildir.
Bununla Türkiyə Suriya Şimalında yardılan PYD/PKK qondarma dövlətini həm əngəlləyə bilər, həm də dövlət iradəsini icra edə bilməyən Suriya hakimiyyətini də blok edə bilər”.

O hesab edir  ki, bu baxımdan 5 milyon suriyalıya göz bəbəyi kimi baxmaq və gələcəkdə baş verməsi güclü ehtimal edilən problemləri həll etmək olar:
"Niyə də belə olduqda Şimali Suriya əhalisi referendumla Türkiyəyə birləşməsin  ki...”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti