Türkiyə Silahlı Qüvvələri ölkənin Hakkari ilə Yüksəkova bölgələri arasında yerləşən Buzul dağında antiterror əməliyyatı keçirib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu ərazilər dəniz səviyyəsindən 2 500-3 500 metr yüksəklikdə yerləşir. Türkiyə ordusunun antiterror əməliyyatı nəticəsində 119 terrorçu öldürülüb. Terrorçularla atışmada 6 əsgər şəhid olub.
2-3 gün davam edən əməliyyat nəticəsində Buzul dağı bölgəsi terrorçulardan təmizlənib.
Həmin ərazi terrorçu PKK-nın əsas bazalarından sayılırdı. Bu yerlərə "girilməz bölgə" adı da verilmişdi.
Terrorçuların istifadə etdiyi mağaralardan "Doçka" adlı 5 zenit qurğusu da daxil olmaqla, 39 ağır silah və bu silahlara aid on minlərlə sursat aşkarlanaraq götürülüb.
Xəbərdə bildirilib ki, bu yüksəkliyin terrorçulardan təmizlənməsi təhlükəsizlik baxımından bölgədəki polis məntəqələri üçün böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, 2 500-3 500 metr yüksəklikdə 15 dərəcə şaxtalı hava şəraitində keçirilən əməliyyat sentyabrın 27-də başlayıb. Bu müddət ərzində terrorçuların sığınacaq yerləri, mağaraları, ərzaq anbarları məhv edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !