Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - Foto

09:08 | 25.07.2021
Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - Foto

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - Foto

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında antiterror əməliyyatı aparan hərbçiləri terrorçuların hücumuna məruz qalıb.

"Qafqazinfo” xəbər verir ki, "Fırat qalxanı” antiterror hərəkatı bölgəsində Türkiyə Ordusuna məxsus "Kirpi” zirehli hərbi maşınına edilən hücum nəticəsində iki türk hərbçi şəhid olub, ikisi yaralanıb. Yaralılar Kilis Dövlət Xəstəxanasına çatdırılıblar.

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar şəhidlərin ailələrinə başsağlığı verib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM