Türkiyə parlamentinə Dəniz Baykal sədrlik edəcək

18:31 | 08.06.2015
Türkiyə parlamentinə Dəniz Baykal sədrlik edəcək

Türkiyə parlamentinə Dəniz Baykal sədrlik edəcək

Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş başqanı, 77 yaşlı Dəniz Baykal ən yaşlı millət vəkili olaraq spiker seçkisinə qədər Türkiyə Böyük Millət Məclisinin (TBMM) müvəqqəti başçılığını boynuna götürəcək.

Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, dörd siyasi partiyanın təmsil ediləcəyi 25-ci müddətə seçilən yeni parlamentdə, CHP-nin Antaliyadan seçilən millət vəkili Dəniz Baykal ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) İstanbuldan seçilən millət vəkili Murad Başesgioğlu, parlamentin ən yaşlı üzvləri olacaq.

77 yaşlı Baykal, eyni zamanda TBMM-nin ən çox üzvü olan vəkillərindən biridir. Baykal 15, 16, 18, 19, 20, 22, 23 və 24-cü müddətlərdə millət vəkili olaraq parlamentdə təmsil olunub.

Məclisin bir başqa yaşlı millət vəkili isə Murad Başesgioğludur. 18-ci müddətdən bəri TBMM-ə seçilən və fərqli partiyalarda təmsil olunan Başesgioğlu yeni parlamentə MHP İstanbul millət vəkili kimi seçilib.

72 yaşındakı MHP İstanbul millət vəkili Ekmeleddin İhsanoğlu ilə 72 yaşındakı HDP Mersin millət vəkili seçilən Dengir Mir Məmməd Firat da Məclisin digər yaşlı üzvləridirlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti