Türkiyə peyvəndə başladı, ilk vaksin nazirə vuruldu - Yenilənib

21:03 | 13.01.2021
Türkiyə Əczaçılıq və Tibbi Cihazlar Qurumu ölkədə təcili peyvəndlənmə prosesinin başlanmasına qərar verib.

Anews.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, qurumun qərarını səhiyyə naziri Fəxrəddin Qoca Səhiyyə Komitəsinin iclasından sonra açıqlayıb. O bildirilib ki, ölkəyə gətirilən CoronaVac vaksininin 14 günlük təhlükəsizlik testi başa çatıb.

"Əvvəlcə özümün vaksin vurdurcağımı sizə demişdim. Bir azdan sizin qarşınızda Komitə üzvlərimizdən koronavirus xəstəliyini keçirmiş, yaxud könüllü olanlarla birlikdə peyvənd olunacağıq. Sabahdan etibarən bütün tibb işçilərinə vaksinin vurulmasına başlanılacaq”, - deyə nazir qeyd edib.

F.Qocanın sözlərinə görə, onun bu addımı vətəndaşları motivasiya edəcək.
***
Artıq ilk vaksin səhiyyə naziri Fəxrəddin Qocaya vurulub. Nazir peyvənd olunduqdan sonra bu açıqlamanı verib:

"Bu peyvəndlənmə prosedurunun, proqramının millətimizə xeyirli olmasını diləyirəm. Xatırlayırsınızsa, daha əvvəl tunelin ucunda işıq göründü demişdim. Bu gün həmin gündür. Peyvəndlənmənin dünyada başlaması ilə bu işığı görmüşdük. Qarşımızdakı günlərin aydınlıq olacağına inanıram. Hamının da peyvənd olunmasının vacibliyini vurğulmaq istəyirəm.

Çünki bu xəstəlikdən qorunmağın ən önəmli yollarından biri peyvənddir. Normal, əvvəlki həyatımıza qayıtmaq üçün vaksini mütləq vurdurmalıyıq”.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Telegram kanalımıza abunə ol ! tg_kanal