İstanbulda Terrorçuluğa Qarşı Mübarizə və İnformasiya Şöbəsinin ötən gecə Atatürk hava limanında keçirdiyi antiterror əməliyyat nəticəsində 41 sərnişin saxlanılıb.
"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, onlar İstanbula Mərakeşin Kasablanka şəhərindən gəliblər. Şübhəlilərdən 40-ı Mərakeş, biri isə Suriya vətəndaşdı.
Xəbərə görə, dindirmə zamanı onlardan bəziləri Suriyada İŞİD-ə qoşulmaq istədiklərini bildiriblər. Şübhəlilərin 20-si Türkiyədən deportasiya olunub. Qalan 21 nəfərin isə bu gün ölkələrinə göndəriləcəyi gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !