Türkiyə Polşadakı raketlə bağlı insidentin səbəbini AÇIQLAYIB

12:09 | 18.11.2022
Türkiyə Polşadakı raketlə bağlı insidentin səbəbini AÇIQLAYIB

Türkiyə Polşadakı raketlə bağlı insidentin səbəbini AÇIQLAYIB

Polşaya atılan raket fövqəladə qəzaya işarə edir. Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.

"İlkin araşdırmalara görə, bədbəxt hadisə baş verib. Dərin araşdırmalar davam edir. Müharibəni mümkün qədər tez bitirmək və danışıqlar masasına qayıtmaq bütün aspektlərdə vacibdir”- Çavuşoğlu bildirib. 
 
Daha əvvəl Danimarka Hərbi Akademiyasının müəllimi Yorgen Medom Staun Ukrayna prezidenti Vladimir Zelenskinin Qərb ölkələrinin dəstəyini itirmək qorxusu ilə Polşada baş verən raket insidentinə görə Rusiya Federasiyasını günahlandırdığını bildirib.
 
Zelenski açıqlamaları ilə "qlobal etimadı təhlükəyə atıb”. Bundan əvvəl köşə yazarı Endryu Koribko öz məqaləsində Ukrayna prezidenti Vladimir Zelenskinin NATO-nu aldadaraq III Dünya Müharibəsini başlatmağa çalışdığını bildirmişdi. 
 
Aytac Şirəliyeva

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM