Türkiyə prezidenti Serbiyada

11:30 | 10.10.2017
Türkiyə prezidenti Serbiyada

Türkiyə prezidenti Serbiyada

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Serbiyaya rəsmi səfəri başlayıb.

Anews.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Belqrad hava limanında Türkiyə prezidentini Serbiyanın dövlət başçısı Aleksandr Vuçiç, baş nazir Ana Brnabiç və digər rəsmi şəxslər qarşılayıblar.

Serbiya mətbuatının yazdığına görə, ötən axşam dövlət başçılarının qeyri-rəsmi şam yeməyi olub. Səfər proqramının rəsmi hissəsi bu gün başlayacaq. İki ölkə arasında bir sıra razılaşmaların imzalanacağı gözlənilir. Oktyabrın 11-də isə Ərdoğan Serbiyanın cənubundakı Novi-Pazar şəhərinə səfər edəcək. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM