Qarabağ bölgəsində günəş enerjisi Türkiyənin mühəndislik və enerji şirkəti "Solitek” tərəfindən istehsal olunan panellər vasitəsilə toplanacaq və saxlanılacaq.
Adanada yerləşən şirkət Qarabağ bölgəsinin kənd yerlərinin günəş enerjisinə olan tələbatını ödəmək üçün baza stansiyalarında istifadə edilmək məqsədilə Azərbaycana enerji saxlama panelləri və avtomatlaşdırma proqramları ixrac edir.
Təxminən 2,5 ay əvvəl tenderdə qalib gələn "Solitek” artıq Azərbaycan üçün nəzərdə tutulan 33 panel və avtomatlaşdırma sistemindən 25-nin istehsalını başa çatdırıb və onları ölkəmizə göndərib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !