​Türkiyə qırıcıları hansı ölkəyə məxsus olduğu bilinməyən təyyarəni vurub

16:34 | 16.10.2015
​Türkiyə qırıcıları hansı ölkəyə məxsus olduğu bilinməyən təyyarəni vurub

​Türkiyə qırıcıları hansı ölkəyə məxsus olduğu bilinməyən təyyarəni vurub

 Türkiyə Silahlı Qüvvələri Suriya ilə sərhəddə bir təyyərə vurub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

"Bu gün Suriya sərhədində ölkəmizin hava məkanında naməlum bir təyyarə təsbit edilib. Üç dəfə xəbərdarlıq edilməsinə baxmayaraq, təyyarə hərəkətini davam etdirib. Sərhədimizdə xidməti vəzifəsini icra edən qırıcılarımız qanunlar çərçivəsində ona atəş açaraq yerə düşürüblər", - Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı bildirib.

Vurulan təyyarənin qalıqları Türkiyənin Kilis bölgəsinə düşüb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM